Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

HÜSEYNOV: “AZAN SƏSİNİN QADAĞAN OLUNMASI İNSANLARIN KONSTİTUSYON HÜQUQUNA ZİDDİR”

“Səsin həddindən artıq verilməsi düzgün deyil”.

Hüquqşünas Tağı Hüseynov deyir ki, qanunvericiliyə görə, səsin narahatlıq verməsi saat 12-dən sonra olur.

 

“Məscidlərdə mikrofondan istifadəyə qadağa olmasa da, səsin həddindən artıq verilməsi düzgün deyil”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Məhərrəm ayının başlanması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən toplantıda bildirib.
Hüquqşünas Tağı Hüseynov Sputnik Azərbaycan-a deyir ki, azan səsinin qadağan olunması insanların konstitusyon hüququna ziddir: “Hər kəsin əqidə azadlığı var. Qanunvericiliyə görə, səsin narahatlıq verməsi gecə saat 12-dən sonra olur. Saat 12-dən sonra da azan verilmir”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...