Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Hz.İsanın həyatı haqqında virtual film çəkiləcək

Film yaxın zamanlarda kinosevənlərin ixtiyarına veriləcək

Səlahiyyətlilər hekayə mövzusunda olduqca iddialı olduqlarını və bu hekayəni ən təsirli şəkildə təqdim etmənin VR-dan keçdiyini bildirib.

VR – Virtual Reality, yəni virtual reallıq ilə əlaqədar hər gün yeni texnoloji inkişaf yaşanır. Xəbərlərdən biri də yeni çəkilən Hz.İsa filmindən gəlib.

“Din.az” xəbər verir ki, “Jesus VR-the Story of Christ” adlı film, 2016-cı ildə kinosevənlərin ixtiyarına veriləcək. 90 dəqiqəlik film Hz.İsanın və müridlərinin həyat hekayəsini təqdim etməyi planlaşdırır. Fillmin diqqət çəkən tərəfi isə tamamilə VR olaraq hazırlanmasıdır.

Əldə edilən məlumatlara görə, filmin “Google”, “Cardboard” “Samsung Gear VR”, “Oculus Rift”, “PlayStation VR” və “HTC Vive” kimi platformalar üzərindən izlənə biləcək. Lakin filmin dəqiq tarixi və satış qiyməti müəyyən deyil.

Məşhur aktyor və rejissor Mel Gibson, 2004-cü ildə çəkdiyi “Passion of the christ” adlı filmlə 611 milyon dollarlıq gəlir əldə etmişdi. Bəs, görəsən, David Hansenin üzərinə götürdüyü Virtual Reallığı dəstəkləyən bu yeni film necə qarşılanacaq?

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...