Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Hz.Peyğəmbər haqqında çirkin ittiham

“Mən bu yazının yayımlanmasında bir problem görmədim…”

Paralel quruluşun yardım pulları ilə Hollandiyada qurduğu “Zaman Vandaag” qəzetində Hz.Peyğəmbərimizə yönələn ağır təhqirlər aşkarlanıb.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, qəzetin iyunun 23-ü yayımlanan bir xəbərində İslama və Hz.Peyğmbərə (s.a.s) qarşı iftira və təhqir dolu ağır ifadələr işlədilib.

Hollandiya Tilburg Universitetinin ərəb dilini üzrə mütəxəssisi Jan Jaap de Ruiter tərəfindən qələmə alınan “Peyğəmbər Muhammədin fərqli olan hər kəsə qarşı gözəl bir qəlbi vardı” başlıqlı yazıda Hz.Muhamməd əgər yaşamış olsaydı eynicinsli cütlükləri evləndirərdi ifadələri işlədilib.

Qəzetin baş redaktoru Mehmet Cerit “mən bu yazının yayımlanmasında bir problem görmədim” deyib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...