"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Qaynar Xəbərlər

Bu hörmət deyil, şirkə aparır… Diqqətli olaq!

Share Button

Saqqalı-Şərifi ziyarət etmək öhdəçiliyimiz yoxdur…

Diyanət İşləri naziri Prof.Mehmet Görmez, “Hz.Peyğəmbər bu gün yaşasaydı, Saqqalı-Şərifi qadağan edərdi. Ancaq bəzi müsəlman qardaşlarımızın sevgilərindən dolayı ziyarət edib gözyaşı tökməsinə də hörmət edilməlidir” deyib.

“Din.az” xəbər verir ki, Diyanət İşləri naziri Prof.Mehmet Görmez, “Habertürk” müxbirinin suallarını cavablandırıb.

Müsahibədən bəzi hissələri:

gormezGölcükdə bir məsciddən “Saqqalı-Şerif”in oğurlanması müzakirələrə səbəb olub. Türkiyədəki məscidlərdə Sakalı-Şerifin hamısı səhihdir? Saqqalı-Şerif ziyarətləri ibadət ola bilərmi?

Bu mövzu əslində İslam ümmətinin Yer üzünə mərhəmət və ədalət gətirən Hz.Peyğəmbərlə qurduğu əlaqə ilə bağlı ziddiyyətə işarə edər. Mən bir hədis tələbəsi olaraq dəyə bilərəm ki, Hz.Peyğəmbər bu gün yaşasaydı bunu qadağan edərdi. Ancaq bəzi müsəlman qardaşlarımızın sevgilərindən dolayı ziyarət edib gözyaşı tökməsinə də hörmət edilməlidir. Onu da yaxşı bilməliyik ki, Hz.Peyğəmbərin Saqqalı-Şərifini ziyarət etmək şəklində hər hansı bir dini öhdəçiliyin olmadığı kimi, müsəlmanların hər zaman bu cür tətbiqləri adət halına gətirdikləri də məlumdur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir