Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İbadət yerlərinə və hökumət binalarına hücum gözlənilir!

Hindistanda İŞİD ilə əlaqəsi olan 5 nəfər saxlanılıb

Hindistan Milli İstintaq İdarəsi ibadət evlərinə və hökumət binalarına hücum etmək üçün silah və partlayıcı toplayan 5 nəfəri saxlayıb.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Milli İstintaq Dairəsindən verilən açıqlamada, şübhəlilərin Hindistanın cənubunda yerləşən Heydərabad şəhərində saxlanıldığı, sorğu zamanı İraq və Suriyada olduqlarından şühbələndikləri bir satıcının onlara internet vasitəsi ilə rəhbərlik etdiyini etiraf ediblər.

İŞİD ilə əlaqələrinin olub-olmadığı soruşulan şübhəlilərin yanında 2 ədəd yarı avtomatik silah, partlayıcı hazırlanmasında istifadə olunan kimyəvi maddələr, teleskopik görünüşlü hava tüfəngi, hədəf taxtaları və 22 min dollar pulun ələ keçirildiyi bildirilib.

Açıqlamada, şübhəlilərin Hindistan hökumətinə qarşı müharibə planlaşdırdıqları üçün günahlandırıldıqları qeyd edilib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...