Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

İbadətə gələn şəxs qarət olundu – Bakıda

Share Button

Qarət olunan şəxs şəxsi sənədlərinə qədər oğurlanıb

Bakıda məsciddən oğurluq edilib.

“Din.az” xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun H.Babaşov küçəsində yerləşən məsciddə qeydə alınıb. Məscidə ibadət etməyə gələn, Bakı şəhər sakini, Rövşən Qüdrət oğlu Mustafayevin gödəkcəsinin cibindən 32 manat, 144 ABŞ dolları, texniki pasport, 2 ədəd kart, 2 ədəd mobil telefon, açarlar, sürücülük və şəxsiyyət vəsiqələri naməlum şəxs tərəfindən oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir