Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İbn Sinanın sağlamlıq qaydaları – İndi də aktualdır!

İbn Sinanın bəzi tibbi araşdırmaları…

X-XI əsrlərdə Şərqdə yaşayan alim, filosof, riyaziyyatçı, həkim İbn Sina (Avropada onu Avisenna adlandırırlar) bütün dünyada tanınır.

Din.az bildirir ki, İbn Sinanın bəzi tibbi araşdırmaları, sağlamlığın qorunması haqqında fikirləri bu günə qədər öz aktuallığını itirməyib.

 

  1. Öz elmi işlərində İbn Sina bədəni və ruhu harmoniyada saxlamağının vacibliyini vurğulayırdı.

 

  1. İbn Sina fiziki hərəkətliliyi çox vacib hesab edirdi – “Hərəkətdə olan bədən müalicə tələb etmir”. Hal hazırda alimlər hipodinamiyanı (azhərəkətlilik) bir çox xəstəliklərin inkişafının əsas səbəblərdən biri kimi qiymətləndirir.

 

  1. İbn Sina qida və mayeni düzgün seçməyi tövsiyə edirdi. Müasir elmi araşdırmalar göstərir ki, düzgün qidalanma sağlamlığın qorunmasında ən vacib yerlərdən birini tutur.

 

  1. Bədəni artıq şeylərdən (indi biz onları “şlak” və “toksinlər” adlandırırıq) təmizləməyi məsləhət görürdü.

 

  1. Normal bədən çəkisini insan sağlamlığı üçün olduqca vacib hesab edirdi. Köklük və arıqlığı tənqid edirdi.

 

  1. Təmiz havanın vacibliyini vurğulayırdı. Müasir elm ekoloji şəraitin insan sağlamlığına ciddi təsirini təsdiqləyir. / sağlamolun.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...