Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İbn Sinaya həsr edilmiş əsərin surəti Bakıya gətirildi – Foto

“Qisseyi-Əbu Əli Sina” adlı əsərin surəti artıq ölkəmizdədir.

Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından Orta Asiyanın böyük alimi Əbu Əli ibn Sinaya həsr edilmiş “Qisseyi-Əbu Əli Sina” adlı əsərin surətini əldə edib.

Din.az Unikal.org-a istinadən xəbər verir ki, Azərbaycan turkcəsində yazılmış bu əsər Osmanlı imperatoru II Səlimin oğlu, 21 il hakimiyyətdə olmuş III Murada (1574-1595) hədiyyə edilib. 99 vərəqdən ibarət, əsas hissəsi nəsrlə, əvvəli və sonu nəzmlə yazılmış bu əsərdə İbn Sina barədə tarixi faktlarla bərabər rəvayətlər də toplanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...