Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İbrahim Məscidi yəhudilərin hücumuna məruz qalıb

Yəhudilərin növbəti oyunu…

Əl-Xəlildə yerləşən İbrahim Məscidi minlərlə işğalçı yəhudi tərəfindən hücuma məruz qalıb.

“Din.az” “a24.az”a istinadən xəbər verir ki, sionist rejim qüvvələrinin qoruması altında məscidə daxil olan yəhudilər içəridə ayinlər həyata keçiriblər.

İşğalçı İsraildə fəaliyyət göstərən “Kanal-7” telekanalının verdiyi xəbərdə bu ifadələr işlədilib: “Bu gün səhər minlərlə yəhudi ciddi təhlükəsizlik tədbirləri altında İbrahim Məscidinə daxil olub”

557705_469505

1994-cü ildə böyük hücuma məruz qalan İbrahim Məscidi, işğalçı rejim tərəfindən müsəlman və yəhudilər arasında zaman və məkan baxımından iki hissəyə bölündü. Müsəlmanlar üçün böyük çətinliklər yaradan işğalçı qüvvələr gələn yəhudilərin ayinləri yerinə yetirmələri üçün hər cür şəraiti yaratdılar. İşğalçı qüvvələr yəhudi bayramlarında müsəlmanları məsciddən uzaqlaşdırır, azanı isə sionistləri narahat etdiyi üçün susdurmağa çalışırdılar.

Fələstin İnsan Haqları Təşkilatları, müxtəlif bəhanə və adlarla İbrahim Məscidini tamamilə ələ keçirmə planları ilə bağlı işğalçı rejimə xəbərdarlıq edərək buranın tarix boyu qorunduğunu və fələstinlilərin bölgədəki dünya tarixi mirasında böyük paya sahib olduğunu bildiriblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir