Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İçki məclisində oturanlar… İslamda içkinin cəzası niyə yoxdur? – VİDEO

“Buna lağ edənlər özləri faizlə, sələmçiliklə məşğul olanlarla eyni masada əyləşmirlərmi?”

İçərişəhər “Cümə məscidi” dini icmasının sədrinin spirtli içki olduğu iddia edilən masanın arxasında çəkilən fotogörüntüsü sosial mediada müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də ilahiyyatçı Elşad Miri məsələyə fərqli konteksdən yanaşıb: “Buna lağ edənlər özləri faizlə, sələmçiliklə məşğul olanlarla eyni masada əyləşmirlərmi? Peyğəmbərimiz müşriklərlə eyni çadırda oturub müqavilə imzalamayıbmı?”

Din.az bildirir ki, ilahiyyatçı Elşad Miri saytlara verdiyi açıqlamada Quranda spirtli içkinin içməyə görə cəzanın olmadığı bildirilib.

“İlahiyyatçının spirtli içki məclisində iştirak etməsini müzakirə edən şəxslər dini düşüncədən yoxsuldurlar. İslam peyğəmbəri bütpərəstlərin, Allaha ortaq qoşan şəxslərlə bir yerdə oturub onlara haqqı çatdırırdı. Halbuki Allaha şərik qoşmaq ən böyük günahdır. Amma Quranda spirtli içkinin içməyə görə cəza yoxdur. Ona görə də biz kimik ki içki məclisində olan şəxs haqqında fətva verək”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...