Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İcra Hakimiyyəti iftar süfrəsi açdı

“Azərbaycan xalqı əsrlər boyu öz milli və dini dəyərlərinə sadiq qalıb, özünün adət-ənənələrini yaşadıb”.

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İmamzadə” Dini Kompleksinin mərasim zalında iftar süfrəsi açılıb.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ziyalıları, din xadimləri və ictimaiyyət nümayəndələri iftar mərasimində iştirak edib. Mərasimdə Qurani-Kərimdən ayələr oxunub, dualar edilib.

Elmar Vəliyev mərasimdə çıxışında bildirib ki, Azərbaycan xalqı əsrlər boyu öz milli və dini dəyərlərinə sadiq qalıb, özünün adət-ənənələrini yaşadıb. Dini dəyərlərimiz içərisində Ramazan ayının isə özünəməxsus yeri var. Bu ayın fəzilətləri bəşəri dəyərlərdən qaynaqlanır, insanların əmin-amanlıq, mərhəmət və bərabərlik içərisində yaşamasını təlqin edir. Müqəddəs kitabımızın, Qurani-Kərimin Ramazan ayında göndərilməsi də şübhəsiz ki, bu ayın ən ali fəzilətlərindəndir.

İcra başçısı mərasim iştirakçılarına bu əziz gündə niyyətlərinin həyata keçməsini diləyib. Həmçinin göstərilən diqqqətə görə ölkə başçısına minnətdarlığını ifadə edib. Bildirib ki, dövlətimizin əsas ideoloji dayağı olan azərbaycançılıq məfkurəsi milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan dini dəyərlərimizin inkişafında mühüm rol oynayır.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...