Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İƏT baş katibi: ” İslam idmana, fiziki, mənəvi tərbiyəyə böyük əhəmiyyət verir”

“İslam Həmrəyliyi Oyunları 4000 çox idmançını bir araya gətirir”.

“Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya Oyunların təşkili ilə əlaqədar təşəkkürümü bildirirəm”.

Din.az APA-ya istinadən bildirir ki, bunu bu gün IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində çıxış edən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd Əl-Osaymin bildirib.

İƏT baş katibi deyib ki, bu Oyunlar Azərbaycanda İslam Həmrəyliyi İli elan olunması ilə üst-üstə düşür: “İslam Həmrəyliyi Oyunları 4000 çox idmançını bir araya gətirir, İslamın sülh və tolerantlıq dini olduğun nümayiş etdirir. İslam aləmi zorakı ekstremizmin artması və çətin çağırışlarla üzləşir. İslam idmana, fiziki, mənəvi tərbiyəyə böyük əhəmiyyət verir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...