Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İƏT: Fələstinlilərin hüququnu tanımayan, lakin münaqişənin sülh yolu ilə həllini dəstəkləyən təkliflər qəbul edilməyəcək

İƏT Fələstin ərazilərində faktları dəyişdirən və “iki dövlət” həllini pozmağa yönələn bütün fəaliyyətlərə qarşıdır.

“İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması faktı da daxil olmaqla Fələstin ərazilərinin işğalını dəstəkləyən istənilən beynəlxalq təşkilatın mövqeyini qınayır.

Din.az-ın ONA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının XIV Zirvə toplantısının sonunda qəbul edilən yekun bəyannamədə qeyd olunub.

Bəyannamədə bildirilib ki, İƏT Fələstin ərazilərində faktları dəyişdirən və “iki dövlət” həllini pozmağa yönələn bütün fəaliyyətlərə qarşıdır.

Təşkilat öz üzvlərini Qüdsdə səfirlik açan ölkələrə qarşı “müvafiq tədbirlər” görməyə çağırıb.

Bəyannamədə fələstinlilərin hüquqlarını tanımayan lakin münaqişənin sülh yolu ilə həllini dəstəkləyən təkliflərin qəbul edilməyəcəyi vurğulanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...