Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İƏT Gənclər Forumu nüfuzlu və etibarlı tərəfdaş kimi tanınıb

Bir sıra İƏT üzv-ölkələri və qurumları yüksək fərqlənmə nişanları ilə təltif edildi.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumuna bağlı sosial şəbəkə hesablarda yayılan məlumata əsasən, Forumun təsisçi baş katibi və 2014-cü ildən bu beynəlxalq təşkilatın sədri vəzifəsində çalışan səfir Elşad İskəndərov bir sıra İƏT üzv-ölkələri və qurumlarının yüksək fərqlənmə nişanları ilə təltif edilib.

Din.az xəbər verir ki, Təşkilatın qurulması və inkişafında xidmətlərinə, eləcə də İƏT ölkələri gənclərinin inkişafı və həmrəylinin gücləndirilməsi sahəsində uğurlu fəaliyyətinə görə və sədrlik müddətinin bitməsi ilə əlaqədar azərbaycanlı diplomat Qətərin “Mədəniyyətlərin inkişafında xidmətinə görə Şeyx Təmim medalı”. İSESKO-nun fərqlənmə medalı, İndoneziya, Fələstin və İran hökumətlərinin təşəkkürnamə diplomu, Tatarstanın fəxri diplomu, bir sıra qurumların qiymətli hədiyyələri ilə təltif edilib.

Bununla əlaqədar, qardaş ölkə və qurumlara öz feysbuk səhifəsində minnətdarlığını bildirən səfir İskəndərov Forumun inkişafına verdiyi dəstəyə görə Azərbaycan dövlət başçısına öz təşəkkürünü ifadə etmişdir:

“Bu illər ərzində Forumun təşkil olunmasına, Azərbaycan nümayəndəsi kimi Forumun rəhbərliyindəki fəaliyyətlərimə verdiyi dəstək və göstərdiyi qayğı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildiririəm. Eyni zamanda, Forumun dünyada Azərbaycan həqiqətlərini təbliğ edən və mədəniyyətlərarası dialoqu tərənnüm edən mühüm layihələrinə dəstəyinə görə Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevaya bütün İƏT Gənclər Forumu adından minnətdarlıq ifadə etmək istərdim”.

E. İskəndərov eyni zamanda 14 il ərzində Forumun İƏT məkanında mədəniyyətlərarası dialoq sahəsində fəaliyyəti ilə bağlı nüfuzlu və və etibarlı tərəfdaş kimi tanındığını bildirib.

Qeyd etmək lazımdır ki, Dialoq və Əməkdaşlıq uğrunda İƏT Gənclər Forumu 1-3 dekabr 2004-cü ildə, Bakıda Azərbaycanın təşəbbüsü ilə qurumun ilk Baş Assambleyasında təsis edilmşdir. Bu illər ərzində Forum İƏT gənclik paytaxtları. İƏT modeli, İƏT Gənc İş Adamları Şəbəkəsi, Xocalıya Ədalət kampaniyası kimi mühüm və səmərəli layihələrin təşəbbüskarı və icraçısı olmuşdur. Bu il İstanbul da keçirilən 3-cü Baş Assambleya yeni idarə heyətinin seçilməsi ilə yanaşı onu Avrasiya ölkələrindəki fəaliyyətini əlaqaələndirən Bakı regional ofisnin səlahiyyətləri də xeyli genişləndirib. / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...