Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İƏT Gənclər Strategiyası sənədinin müzakirəsi keçirilib – FOTO

Əməkdaşlığı Təşkilatının (İƏT) gənclər strategiyası uğurla həyata keçirilir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının Ciddə şəhərindəİslam Əməkdaşlığı Təşkilatının (İƏT) Gənclər Strategiyası sənədinin müzakirəsinə dair Hökumətlərarası ekspert qrupunun iclasında iştirak edir.

Din.az bildirir ki, Nazirlikdən Trend-ə verilən məlumata görə, 8-9 yanvar tarixlərində keçirilən iclas zamanı nazir müavini strategiyanın əhəmiyyəti, gənclərlə iş sahəsinin prioritetləri və beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyi haqqında çıxış etmişdir. Eyni zamanda, “Azərbaycan gəncliyi 2015-2025-ci illərdə Strategiyası” na dair məruzə də İntiqam Babayev tərəfində təqdim edilmişdir.

Səfəri çərçivəsində nazir müavini 2018-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan İƏT Gənclər və İdman Nazirlərinin 4-cü Konfransına hazırlıq məqsədi ilə İƏT Baş Katibliyi, İslam Konfransı Gənclər Forumu və İslam Həmrəyliyi İdman Federasiyasının nümayəndələri ilə görüş keçirmiş və fikir mübadiləsi aparmışdır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...