Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İƏT-in Baş katibi Azərbaycan diplomatiyasının 100 illiyi medalı ilə təltif olunub

Yusif bin Əhməd Əl-Osaymin xidmətlərinə və səylərinə görə təltif olunub.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Şahin Abdullayev Ciddə şəhərində İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osaymin ilə görüşüb.

Din.az “Report”a istinadən xəbər verir ki, görüş zamanı səfir Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun adından İƏT Baş katibinə “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi” medalını təqdim edib.

İƏT Baş katibi Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsindəki xidmətlərinə və səylərinə görə təltif olunub.

Yusif bin Əhməd Əl-Osaymin medala görə Azərbaycan XİN başçısına minnətdarlığını bildirib. O, İƏT çərçivəsində İslami dəyərlərin təşviqi və birgə addımların atılmasındakı konstruktiv roluna görə Azərbaycana təşəkkür edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...