Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İƏT-in Baş Katibi Paşinyanın bəyanatı ilə bağlı narahatlığını ifadə edib

Yusef bin Ahmad Al-Otaimin Qarabağ məsələsilə bağlı dərin narahatlığını bildirib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Ermənistan baş naziri Nikol Paşinyanın 5 avqust 2019-cu il tarixli bəyanatı ilə bağlı dərin narahatlıq ifadə edib.

Din.az bildirir ki, bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, İƏT Baş Katibi Yusef bin Ahmad Al-Otaimin Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə bu ilin 5 avqustunda səfər edərək orada səsləndirdiyi bəyanatı ilə bağlı dərin narahatlığını ifadə edən açıqlama ilə çıxış edib.

Qeyd olunub ki, Baş katib, Ermənistan rəhbərliyinin bu bəyanatı və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü pozan əməllərinin beynəlxalq hüququn prinsiplərinə və beynəlxalq ictimaiyyətin möqeyinə məhəl qoymadığını və regional sülh və təhlükəsizliyə hədə təşkil etdiyini qeyd edib.

O, münaqişənin sülh yolu ilə həlli üzrə BMT və İƏT Nizamnamələrinin müddəalarına, Helsinki Yekun Aktına, BMT TŞ-nin 1993-cü il tarixli qətnamələrinə, İƏT-in müxtəlif qətnamələrinə istinad edərək, Ermənistan Respublikasını münaqişənin sülh yolu ilə həlli üçün BMT TŞ-nin müvafiq qətnamələri əsasında Azərbaycan Respublikası ilə sülh danışıqlarına çağırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...