Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İƏT Yeni Zelandiyada baş verən teraktlarla əlaqədar iclas keçirəcək

Yeni Zelandiyada baş verən terror aktları ilə əlaqədar iclas keçiriləcək.

İslam Əməkdaşlıq Təşkilatı Yeni Zelandiyada baş verən terror aktları ilə əlaqədar iclas keçirəcək.

Din.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinn məlumatında deyilir.

Məlumatda bildirilir: “Türkiyə İslam Əməkdaşlıq Təşkilatının sədri olaraq martın 15-i Yeni Zelandiyada baş verən terror hücumları ilə əlaqədar fövqəladə toplantı keçirəcək. Martın 22-si Türkiyə xarici işlər nazirinin sədrliyi ilə İƏT-in nazirləl səviyyəsində Təcili İcra Komitəsinin iclası keçiriləcək. İclasa BMT, Aİ və ATƏT kimi beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub”.

Xatırladaq ki, martın 15-də Kraystçerçdə iki məsciddə insanlar atəşə tutulub. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...