Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İftardan Sahura qədər maye necə qəbul edilməlidir?

Qəhvə və çay bədənin daha çox maye itirməsinə yol açır

Ramazan ayının uzun və isti yay günlərinə təsadüf etməsi səbəbi ilə mütəxəsisslər suyun qəbul edilməsi mövzusunda xəbərdarlıq etdi.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssislər bu il təxminən 18 saat davam edən oructutma zamanı iftar ilə sahur arasında maye qəbuluna diqqət çəkib.

Türkiyəli mütəxəssis Sibel Mumcu, “Bədənimiz aclığa uzun müddət dözə bilər ancaq, susuzluğa qarşı daha dayanıqsızdır. Bu səbəblə Ramazan ayında 18 saata yaxın bir müddət ərzində susuz qalan bədənin maye ehtiyacını doğru şəkildə aradan qaldırmaq sağlamlığı qorumaq adına böyük əhəmiyyət daşıyır”, – deyə bildirib.

Sağlam oruc tutmağın vacib nüansları…

Mədə sağlamlığını və bədənin maye tarazlığını qorumaq üçün Ramazanda da gündə 2 litr su istehlak edilməsi lazım olduğunu ifadə edən Sibel Mumcu, “Ancaq suyun qəbul edilməsində miqdarı qədər, onun nə qədər müddətdə istehlak edildiyi də olduqca əhəmiyyətlidir. Saatlarla ac və susuz qalan mədəyə qəti şəkildə birdən yüklənməməli, xüsusilə su, iftar ilə sahur arasındakı zaman arasında qəbul edilməlidir. Məsələn, hər yarım saatdan bir 1 stəkan su içmək, bu ehtiyacı qarşılamaq üçün çox gözəl bir yanaşma ola bilər” deyib.

Sahurda toxluq hissi verən qidalar…

Qədul edilən hər mayenin bədənin maye ehtiyacını qarşılamadığını vurğulayan Sibel Mumcu, “İsti yay günlərində uzun sürən susuzluğun ardından insanlar ümumiyyətlə soyuq turşulu içkilər və ya istiyə qarşı yaxşı gəldiyinə inanılan çay və qəhvə içirlər. Ancaq bu içkilər bədənin maye ehtiyacını qarşılamadığı kimi, həm də bədənin daha çox maye itirməsinə yol aça bilir. Buna görə də, xüsusilə Ramazanda bu cür içkilərin qəbul edilməsinə diqqət yetirilməli, maye ehtiyacı üçün mütləq su içilməlidir”, – deyə qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...