Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İftardan sonra əsla yatmayın!

Nə qədər yeyirsinizsə yeyin, 4 saatdan sonra mütləq acıyacaqsınız

Ramazan ayında qidalanmamızda tez-tez etdiyimiz səhvlər sağlamlığımızı təhlükə altına atır. Buna misal olaraq, iftar yeməyindən sonra dərhal uzanıb yatmaq qastrit xəstəliyinə yol açır.

Sahursuz tutulan oruc…

Yay aylarına təsadüf edən Ramazan ayında sahura qalxmaq daha vacibdir. Bəzən insanlar sahurda yemədikləri zaman daha az acıdıqlarını düşünsələr də, nə uzanan aclıq saatlarının bədəndə yaradacağı yorğunluğu, nə də qəbul etməsi lazım olan qidaları təkcə nahara sığdırmaq mümkün və sağlam ola bilməz. Buna görə də sahur təxirə salınmamalıdır.

Şirniyyat yerinə meyvə yeyin…

Sahurda ağır yeməklər yerinə daha yüngül, amma proteinlə zəngin, az yağlı yeməklər yemək lazımdır. Məsələn, makaronla kompot içmək sahur üçün yalnış bir seçimdir. İkisi də karbohidratdır, hətta kompotun tərkibində şəkər də var. Sahur süfrələrində şəhərdən uzaq, sağlam yağlı və protein qaynaqlı qidalar almağa diqqət etmək lazımdr. Ən gözəl qidalanma vaxtı səhər yeməyidir. Ağ və yağsız pendir, yumurta, bol göy-göyərti, qoz-fındıq, buğda çörəyindən ibarət səhər yeməyi süfrənizdə olmalıdır.

Həddən artıq yemək…

Nə qədər yeyirsinizsə yeyin, 4 saatdan sonra acsınız. Vacib olan vücudunuzun ehtiyaclarını düzgün qaynaqlardan, düzgün miqdarda almaqdır.

Ağır iftar süfrələri…

Ramazan süfrələrinin zənginliyi daha sevincvericidir. Ancaq sayı artdıqca bizim mədəniyyətimizdə yeməklərin növ və miqdarı da artdığı üçün təhlükə baş alır. Qidalanarkən mümkün olduğu qədər yağı az olan, qızartmadan uzaq, sağlam şəkildə bişirmə üsulları dediyimiz buxarda bişirmə üsulu ilə yeməklərinizi bişirin, lakin yemək növlərini çoxaltmayın. Əgər çöldə qidalanacaqsınızsa, bütün yeməkləri boşqabınızda paylaşarkən, digər kənarına salat və tərəvəz  qoymağı unutmayın. Şirniyyat yerinə meyvə, meyvə suyu və ya şirin içkilərin əvəzinə təzə meyvə dilimli meyvə suyu içməyi tərcih edin.

Yeməyi tez yemək…

Uzun müddət ac qaldıqdan sonra bir anda yeməyə başlamaq və tez-tez yemək sinir sistemini yoracaq, yeməkdən sonra qarında köp və ağrı olaraq özünü göstərdiyi kimi, digər tərəfdən də lazımsız kalori almağa səbəb olacaq. Bunun qarşısını almaq üçün iftarı şorba ilə başlamaq, davamında bir az fasilə verdikdən sonra digər yeməklərə keçmək, hər loxmanın sonunda çəngəl-qaşığı əldən yerdə qoymaq və ağzınızdakı hər loxmanı 15-20 dəfə çeynəmək lazımdır.

Su içməmək…

Hər zaman dönə-dönə qeyd etdiyimiz su içmək, yay aylarına təsadüf edən Ramazanda çox vacibdir. Gündəlik bədənin çəkisinə görə ən azı 3 litr su içmək günlük ehtiyacı qarşılamaq üçün kifayətdir. İftardan sahura qədər tez-tez, bir anda yüklənmədən, otaq istiliyində su içməyi tövsiyyə edirik.

Mövsümi meyvələri yeyərkən də miqdarına diqqət etməliyik. Eyni anda bir və yaxud 2 ovuc ölçüsündə meyvə yeyə bilərsiniz. Təbii ki, şirniyyat yerinə meyvə yeməyiniz, həm də daha az kalori almağınıza, vitamin və mineralla faydalanmanıza kömək edəcəkdir. Onu da qeyd edək ki, meyvənin tərkibindəki suyun miqdarının yüksək olması onun digər bir faydasıdır.

İftarda qazlı su içmək…

Ramazanda qazlı içkilərin heç birinin içilməsini məsləhət vermirik.

Uzun zaman davam edən aclıqdan sonra dinlənmiş bir mədəyə zəngin iftar süfrəsində yediklərinizlə yorduqdan sonra üzərindən də qazlı içkilər içsəniz çox böyük narahatlıqlar yaşaya bilərsiniz. Şişkinlik, həzmsizlik, hədsiz köp, qusma, mədədə ağrı şikayətləri çox tez-tez rastlanar.

Yeməkdən sonra uzanmaq…

Bu əslində qastrit xəstəliyinə yol açmaqdır. Yeməkdən sonra ik pozisiyada oturmaq, 1-2 saatdan sonra yüngül yürüşə çıxmaq və ya ibadətini yerinə yetirmək həm sinir siteminizin rahatlanmasına kömək edəcək, həm də kalori yandırmağınızı təmin edəcək.

Qan şəkərinin sürətlə yüksəlib düşməsinin qarşısını ala, insana toxluq verən qidalar içərisində meyvənin yeri çox əhəmiyyətlidir. Əgər meyvələri sıxmaq əvəzinə ləti ilə birlikdə yesəniz daha uzun müddət toxluq hiss edəcək və qan şəkərinizi daha az yüksəldəcəkdir.

SAĞLAM RAMAZNA ÜÇÜN 5 TÖVSİYYƏ…

  1. İftardan sahura qədər mütləq ən azı 3 litr su için
  2. Yeməklərinizi qızartma yerinə, buxarda, buğlama üsulu ilə bişirin
  3. Yağ yeməklərə dad verir, ancaq miqdarına diqqət etməyə çalışın. Xüsusilə ətli yeməklərdə yağın miqdarını mümkün olduqca azaldın
  4. Xəmir yerinə südlü şirniyyatlara üstünlük verin
  5. Bütün qidalarda ancaq sizə faydalı olan qidalarla iftar etməyə üstünlük verməyə çalışın

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...