Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

İftardan sonra infarkt ola bilərsiniz! – Xəbərdarlıq

Share Button

Yağlı yeməyi sevənlər Ramazanda diqqətli olsun

Türkiyəli mütəxəssis Dr.Öztür ramazan ayında rast gəlinən infarkt hadisələrinin ən böyük səbəblərindən birinin iftarda yeyilən həddindən artıq yağlı yeməklər olduğunu söylədi.

Dr. Serkan Öztürk, oruc tutan birisinin təxminən 17 saat ac və susuz qaldığını, iftar saatında isə dalbadal yemək və su istehlak etdiyi halda bədənində həddindən artıq yüklənmə olduğunu bildirib.

“Yeməkdən sonra infarkt gələ bilər”

İftarda qidalanmaq mövzusunda vətəndaşlara xəbərdarlıq edən Öztürk, “İftar saatında və daha sonra az qidalanmaq lazımdır. Az miqdarda qidalandıqdan təqribən 2 saat sonra yenə nəsə bir şey yeyə bilərsiniz. Axşamlar həddən artıq yemək yeyilməməsinin vacibliyini hər kəsə tövsiyyə edirəm. Ürək xəstəsi olsaq da, olmasaq da bu tövsiyyəmi edirəm. Mütləq şəkildə sahura da qalxmaq lazımdır. Gecə yemək yemək və su içmək də vacibdir. Sahur edilmədikdə iftarda həddən artıq qidalanmağı göstərir. Bu isə çox riskli bir haldır. Yeməkdən sonra qəflətən infarkt keçirmək mümkündür”, – deyə xəbərdarlıq edib.

Ramazan ayının başlanmasından sonra 4 gün ərzində 4-ü qadın olmaqla 10 nəfərin infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini bildirən Öztürk, bunları da əlavə etdi:

“ Bunun ən böyük səbəblərindən biri iftarda yeyilən həddən artıq yağlı yeməklərdir. Yağlı yeməklər tıxanıqlı damarlara ağır gəlir. Son 3 ayda infarkt keçirən insanların yaş həddi 27-90 arasındadır. Ağır yeməklər yemək çox təhlükəlidir. Nə yeyirsinizsə yeyin, amma az yeyin. Bu yediyiniz qızartma da ola bilər, qırmızı ət də, amma az miqdarda… Suyun da uyğun miqdarda içilməsi lazımdır. Çox yemək ürəyə ziyan etdiyi kimi, mədə üçün də sıxıntı yaradır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir