Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İFTİRA ORUCU POZUR?

Bu sualları nə üçün vermirik?

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

Hər Ramazan ayı gəldikdə “Saqqız çeynəmək, diş fırçalamaq, yuyunmaq, dənizə girmək, ağız çalxalarkən qırtlağa su dəyməsi, yaxud yatmaq orucu pozur?” suallarını eşitmək vərdişə çevrilib. Halbuki aşağıdakı sualları vermək çox insanın ağlına da gəlməyib:

“Yalan danışmaq, haqsızlıq etmək, dedi-qodu etmək, iftira atmaq, təkəbbürlük etmək, qəzəblənmək, israf etmək, qəlbi qırmaq, yaxud nəzakətsizlik etmək orucu pozur?”

Əgər oruc hər dəfə verilən ənənəvi suallarda olduğu kimi pozulan bir şeydirsə, qeyd etdiyimiz çirkin davranışlarla da pozulmalıdır. Buna baxmayaraq, təəssüf ki, biz yemək və içməkdən uzaq olaraq orucumuzu tutsaq da çəkinəcəyimiz bir çox şeylərdən uzaqlaşaraq özümüzü saxlaya bilmədik. Bəlkə orucumuz qəbul oldu, amma məqsədinə uyğun olmadı. Buna görə də tutduğumuz orucları dərk etmədik. Oruc bizi həssas və məsuliyyət sahibi fərdlər etmədi. Bu zaman biz daha çox ac və susuz qaldıq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...