Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

II İlya: “Kilsə Keşikçi Dağla bağlı Gürcüstan və Azərbaycan arasındakı danışıqlarda fəal iştirak etməyə hazırdır”

Patriarx: “Gürcüstan və Azərbaycan arasında intensiv danışıqların ədalətli qərarla yekunlaşacağına ümid edirəm”.

Gürcüstan patriarxı II İlya Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı bəyanat yayıb.

Din.az xəbər verir ki, patriarx Gürcüstan və Azərbaycan arasında intensiv danışıqların ədalətli qərarla yekunlaşacağına ümidvar olduğunu bildirib.

II İlya müraciətində Gürcüstan və Azərbaycan hakimiyyətini iki dövlət və xalq arasındakı dostluq münasibətlərinin qorunub saxlanılması və dərinləşdirilməsi məqsədilə intensiv danışıqlar aparmağa çağırıb.

O, məbəd kompleksi ilə bağlı danışıqlarda kilsənin fəal şəkildə iştirak etməyə hazır olduğunu bildirib: “Ümid edirik ki, hər iki tərəf problemin həllinə nail olacaq. Bununla yanaşı Azərbaycan dövləti və xalqını Müstəqillik günü münasibətilə təbrik edərək, əmin-amanlıq və tərəqqi arzu edirik”.

Patriarx hər kəsi məsələ ilə bağlı gərginlik yaratmamağa və təmkinli olmağa çağırıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...