Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

II Qaregin “vurulacaq” – Paşinyan erməni kilsəsinə qarşı

Ermənistanın hakimiyyətilə katolikos II Qaregin arasında razılaşma əldə edilib.

Bütün ermənilərin katolikosu və Paşinyan arasında qarşıdurma sona yaxınlaşır.

Din.az bildirir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Qəzetin verdiyi məlumata əsasən, Ermənistanın hazırki hakimiyyəti ilə katolikos II Qaregin arasında sonda razılaşma əldə edilib.

Razılaşmaya görə, katolikos II Qaregin öz şəxsi istəyi ilə dini vəzifəsini təhvil verməli və bəhanə kimi səhhətində problemləri göstərməlidir. Bundan sonra isə katolikos vəzifəsinə Paşinyanın tərəfdarı olan dini rahib təyin ediləcək.

Qəzet xəbər verir ki, son günlər bütün ermənilərin katolikosunun sağlamlığından şikayət etməsi və fəaliyyətsizliyi razılaşma barədə şübhələri daha da artırır.

II Qareginin mətbuat xidmətinin rəhbəri Vaqram Melikyan məsələni belə şərh edib: “27 illik müstəqilliyimiz və 3-cü respublika dövründə heç bir istisnasız bütün hakimiyyətdə olan qüvvələr erməni kilsəsinə və onun katolikosuna xüsusi hörmət və ehtiram göstərməlidir”. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...