Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İİT FETÖ-nu terrorçuların siyahısına salacaq

İslam İşbirliyi Təşkilatı qərarla bağlı toplaşıb…

İslam İşbirliyi Təşkilatı (İTT) Fəthullahçı Terror Təşkilatını (FETÖ) terror siyahısına daxil edilməsi istiqamətində layihəni gündəmə almağı qərarlaşdırıb.

“Din.az” xəbər verir ki, İİT ilə bağlı Beynəlxalq İslam Xəbər Agentliyinin verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Ciddə şəhərində təşkil edilən İİT-nin 43-cü hazırlıq toplantısında bir araya gələn xarici işlər nazirləri FETÖ-nun terrorçuların siyahısına daxil edilməsi mövzusundakı layihəni gündəmə gətirməyi qərarlaşdırıb.

Xəbərdə, layihənin gündəmə alınması mövzusunda bitərəf qalan Misir təmsilçisinin “İİT-nin alacağı hər cürə qərar layihəsini ancaq qanuni proseduralar daxilində Qahirə ilə məsləhətləşmək istəyirik” dediyi bildirilib.

Xatırladaq ki, İslam İşbirliyi Təşkilatı Xarici İşlər Nazirləri Şurası oktyabr ayında Özbəkistanın paytaxtı Daşkənddə toplaşacaq

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...