Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
1 (1)

İki hicablı qadını retoranda təhqir etdi

Share Button

“Bütün müsəlmanlar terrorçudur”

Parisdəki restoranlardan biri müsəlman olduğuna görə gələn müştərini qəbul etməyib.

“Din.az” “a24.az”a istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə bir restoran sahibinin, “bütün müsəlmanlar terrorçudur” dediyi videoda hicablı müştəriləri qəbul etməməsi bütün ölkədə etiraz çağırışlarına səbəb olub.

Sosial mediada yüzlərlə şəxs tərəfindən paylaşılan videoda restoran sahibi olduğu deyilən şəxsin iki hicablı qadına “Terrorçuların hamısı müsəlmandır. Bütün müsəlmanlar isə terrorçudur” dediyi aydın olur.

Bazar günü isə restoran qarşısında etirazlar təşkil edilib, restoran sahibi isə çıxıb nümayişçilərdən üzr istəyib. Restoran sahibi həmçinin, 2015-ci ilin noyabr ayında baş verən terror hücumları zamanı dostlarından birini itirdiyinə görə sərt reaksiya göstərdiyini də qeyd edib.

“La Parisien” qəzetinə məlumat verən prokurorluq, irqi ayrı-seçkilik maddəsilə cinayət işi açıldığını bildirib.

Restoran sahibiylə mübahisə edən qadınlardan biri “İrqçi şəxsin restoranında oturmaq istəmirik” dedikdə, restoran sahibi “İrqçilər insan öldürmür. Sizin kimi insanları burada görmək istəmirəm” cavabını vermişdi.

Hökumət cəmiyyətdəki irqçiliklə mübarizə məqsədilə bu məsələnin araşdırılması üçün xüsusi göstəriş verib, baş verənlərin qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki, cümə günü Fransada verilən bir məhkəmə qərarı, böyük mübahisələrə səbəb olan burkini (müsəlman qadınların çimərlik geyimi) qadağalarını aradan qaldırmışdı. Lakin bəzi yerli idarələr burkini qadağasının tətbiq edilməsində qətiyyətlidirlər.

Parisian-Cafe-1024x685

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top