Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İki ilahiyyatçının HURİ müzakirəsi: “Cənnətdə bir qadına neçə kişi veriləcək?”

Elşad Miri: “Bir qadına neçə kişi veriləcək?”

İlahiyyatçı Nahid Məmmədov hurilərin mövcudluğu haqda fikirlərilə diqqət çəkib.

Din.az A24.Az-a istinadən xəbər verir ki, o, Allahdan qorxanların və onun rizasını qazananların cənnətdə hurilərlə mükafatlandırılacaqlarını bildirib.

“Huri – Cənnətdə yaşadığına inanılan və Allahın rizasını qazanan mömin kəslərə nemət kimi verilən cənnət qızlarıdır. Qurani-Kərimdə bu barədə belə buyurulur: “Allahdan lazımı şəkildə qorxanları Cənnətdə yekə gözlü hurilərlə evləndirəcəyik”. Ümid yaxşı şeydir. Ümidinizi kəsməyin! Allahın vədi mütləqdir!” – deyə N.Məmmədov qeyd edib.

Onun bu sözləri birmənalı qarşılanmayıb. İlahiyyatçı Elşad Miri N.Məmmədovun fikirlərinə münasibət bildirib. O, ilahiyyatçının dediklərinin həqiqət olduğu təqdirdə bəzi sualların ortaya çıxdığına diqqət çəkib:

“Nahid Məmmədov mömin kəslərə nemət kimi cənnət qızlarının veriləcəyini yazıb və ümidi üzməməyi deyib. Mənə maraqlıdır, qadınlar ümidlərini üzsünlər? Yoxsa kişilərə hurilər verildiyi kimi, onlara da nurilərlər, ğılmanlar veriləcək? Bir qadına neçə kişi veriləcək? İnsanların niyə deist olduqlarını anlamaq bu qədər çətindir?”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...