Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İki islam ölkəsi üz-üzə? – “Müharibə ehtimalı hələ də mövcuddur!”

“Adi bir qığılcım özü ilə müharibəni gətirə bilər”.

Elxan Şahinoğlu: “Adi bir qığılcım özü ilə müharibəni gətirə bilər”

Səudiyyə Ərəbistanının xarici işlər naziri İranla bağlı maraqlı bəyanatla çıxış edib. O, qeyd edib ki, ölkəsində neft müəssisələrinə yönəlik hücumla bağlı İrana qarşı müxtəlif addımların, eləcə də hərbi addımların atılması məsələsi masa üzərindədir.

Proseslər Səudiyyə Ərəbistanı ilə İran arasında müharibəyə səbəb ola bilərmi? Belə bir müharibənin baş verməsində ABŞ və digər qüvvələr nə dərəcədə maraqlıdır?

Din.az bildirir ki, Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu vəziyyətin kifayət qədər həssas olduğunu vurğuladı:

“Qeyd edək ki, bundan öncə də İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər soyuq və gərgin idi. Yəməndə gedən müharibədə İran və Səudiyyə Ərəbistanı faktiki olaraq bir-birlərinə qarşı savaşırdılar. İran oradakı qiyamçı qrup olan husilərə dəstək verirdi. Səudiyyə Ərəbistanı isə oradakı hökumətə dəstək verirdi. Yəni Səudiyyə Ərəbistanı ilə İran buradakı vətəndaş müharibəsində dolayısı ilə iştirak edirdilər.

Dronların Səudiyyə Ərəbistanındakı iki neft emalı zavodunu vurması bütün diqqətləri İrana yönəldib. İran bu ittihamları rədd edir. Səudiyyə Ərəbistanı isə video görüntülər yayaraq iddia edir ki, dronlar İranındır. Hələ ki, bu dronların İrandan buarxıldığı, yoxsa husilərə verilən dronalr olduğu bəlli deyil. Lakin Səudiyyə Ərəbistanı hesab edir ki, baş verənlərin arxasında İran dayanır. Əgər bu təsdiqlənərsə, o zaman belə çıxacaq ki, İran Səudiyyə Ərəbistanına hücum edib. İran vəziyyətin gərginləşməsində maraqlı olmamalıdır. Əksinə, gərginliyin azalmasına çalışmalıdır.

Necə ki, bu gün İran prezidenti Həsən Ruhani BMT-də dünyanı inandırmağa çalışdı ki, İran sülhdə maraqlıdır və Hörmüz boğazında əməkdaşlıq istəyir. Ancaq görünən odur ki, əksəriyyət İran rəsmilərinin sözlərinə inanmır. İranın Avropa ölkələri ilə müəyyən dialoqa malik olmasına baxmayaraq, Avropanın iki ölkəsi – Fransa və Almaniya da ABŞ-ın ittihamlara şərik çıxaraq Səudiyyə Ərəbistanına hücumun arxasında İranın olduğunu dedi. İran Avropadakı tərəfdaşlarını da itirmək üzrədir. O ki qaldı, müharibə ehtimalına, belə ehtimal qalır. Bölgədə vəziyyət onsuz da gərgindir. Suriyada müharibə gedir, İraqda da gərginliklər var. Əfqanıstanda, Yəməndə hərbi əməliyyatlar gedir. Belə bir məqamda istənilən qığılcım Səudiyyə Ərəbistanı ilə İran arasında lokal toqquşmaya çevrilə, özü ilə müharibəni gətirə bilər. Əslində Səudiyyə Ərəbistanı da müharibədə maraqlı deyil. Ona görə də hesab edirəm ki, Səudiyyə Ərəbistanı İranı nə qədər ittiham etsə də, bu məsələdə ehtiyatlı davranmağa çalışacaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...