Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İki müsəlman dövlətin sərhədlərində sabitliyin pozulmasında maraqlı ölkələr var

“Terror qruplaşmaları sərhədlərdə sabitsizlik yaradır”.

İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei bu gün Pakistanın baş naziri İmran Xanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Din.az bildirir ki, görüşdə Ayətullah Xamenei İran və Pakistan xalqları arasında dərin və səmimi münasibətlərin olduğunu vurğulayıb.

“İki ölkənin əlaqələri, bəzilərinin düşmən siyasətinə baxmayaraq, daha da möhkəmləndirilməli və gücləndirilməlidir”, – ali dini lider belə deyib.
Ayətullah Xamenei bildirib ki, Hindistan yarımadasının ən gözəl günləri müsəlmanların həmin yarımadaya hökmranlıq etdiyi dövr olub:

“İngilis müstəmləkəçilərinin bu önəmli bölgəyə vurduğu ən böyük zərbə oradakı islami mədəniyyət nümunələrini məhv etmək idi”.

Xameneinin sözlərinə görə, iki ölkə arasında yaxşı əlaqələrin olması hər iki ölkənin xeyirinədir.

“Lakin bu münasibətlərin istilənməsi əleyhinə olan düşmənlər var. Onların istəyinə zidd olaraq müxtəlif sahələrdə əlaqələrimiz daha da gücləndirilməlidir. Terror qruplaşmaları sərhədlərdə sabitsizlik yaradır. Onlar düşmənlərin pulu və silahı ilə qidalanırlar. İran və Pakistan sərhədlərində sabitsizliyin pozulmasında məqsədlərdən biri iki ölkənin münasibətlərini korlamaqdır”, – deyə Xamenei əlavə edib.

Ayətullah Xamenei son daşqın fəlakətində Pakistan dövlətinin göstərdiyi yardımlara görə bu ölkənin baş nazirinə təşəkkür edib. / ONA.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...