Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İki müsəlman ölkəsi arasında nəhəng anlaşma

8 milyard dollar neft istehsalı zavodları üçün ayrıldı.

Sazişin 8 milyard dolları isə neft istehsalı zavodları üçün ayrılıb

Səudiyyə Ərəbistanı ilə Pakistan arasında 20 milyard dollarlıq saziş imzalanıb.

Din.az-ın məlumatına görə, ingilis mediası bildirib ki, ölkə rəhbərləri bununla da iqtisadiyyatlarını daha da gücləndirməyə nail ola biləcəklərini vurğulayıblar.

Səudiyyə Ərəbistanının şahzadəsi Salman İbn Məhəmmədin Pakistana iki günlük səfəri çərçivəsində imzalanan sazişdə enerji və mədənçilik sahələrinə yatırım nəzərdə tutulur. Sazişin 8 milyard dolları isə neft istehsalı zavodları üçün ayrılıb.

Bundan başqa, görüşdə ölkələrarası turzimin inkişafı da müzakirə edilib.

Qeyd edək ki, növbəti gündə Səudiyyə Ərəbistanının şahzadəsinin Hindistana, həftə sonuna doğru isə Çinə səfəri nəzərdə tutulur. / Sputnik.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...