Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İki qızı olmayan və ya yalnız oğlan uşaqlarına sahib olan insanların günahları nədir?

Allahın Elçisi bu cür deyibmi?

Muhəmməd peyğəmbərə istinad edilən rəvayətlərdən birinə görə Allahın Elçisinin  yetkinlik dövrünə çatana qədər iki qız böyüdən kişinin cənnətlik olduğunu dediyi iddia edilib:

“Rəsulullah buyurdu: “Həddi-büluğa çatana qədər kim iki qız övladı böyütsə (barmaqlarını birləşdirərək), qiyamət günü o və mən bu şəkildə birlikdə olacağıq. (Tirmizidə: “O və mən cənnətə bu iki şey kimi birlikdə girəcəyik” dedi və iki barmağıyla işarə etdi” deyilir)” (Muslim, Birr 149, (2631); Tirmizi, Birr 13, (1917)).

Aydın olduğu kimi iki qız övladı sahibi olmaq və yetkinlik dövrünə qədər onları böyütmək Peyğəmbərimizlə birlikdə cənnətə girmək üçün kifayət edəcək səbəb kimi göstərilib.

İki qızı olmayan və ya yalnız oğlan uşaqlarına sahib olan insanların günahlarının nə olduğu ilə maraqlanmamaq mümkün deyildir.

Bir tərəfədən cənnətə girmək bu qədər asan göstərildiyi halda, digər tərəfdən “Qəlbində zərrə qədər təkəbbür olan cənnətə girə  bilməz” (Muslim, İman 147; Əbu Davud, Ədəb 29, (4091); Tirmizi, Birr 61, (1999)) və ya “Qohumu ilə əlaqəsini kəsən cənnətə girə bilməz” (Buxari, Ədəb 11; Muslim, Birr 18, 19; Əbu Davud, Zəkat 45; Tirmizi, Birr 10)) şəklində rəvayətlərlə cənnətə girməyin olduqca çətinləşdirildiyini görürük.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...