Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir

İnstitutun yaradılması dünyada sülhün, təhlükəsizliyin bərqərar olmasına böyük töhfədir.

İtaliyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Auqusto Massari Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.

Aİİ rektoru Ceyhun Məmmədov səfiri salamlayaraq, ölkələrimiz arasında ikitərəfli münasibətlərin, hörmətin və qarşılıqlı etimadın yüksək səviyyəsindən məmnunluğunu, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu ifadə edib. İnstitut haqqında səfirə geniş məlumat verən rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına, qarşılıqlı mübadilələrin həyata keçirilməsinə böyük önəm verdiyini bildirib. C.Məmmədov dünyanın inkişaf etmiş dövlətləri arasında olan İtaliya Respublikasının elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasının əlahiddə maraq kəsb etdiyini bildirib. İtaliya universitetləri ilə əməkdaşlıqdan söz açan C.Məmmədov xüsusi olaraq vurğulayıb ki, “Azərbaycan multikulturalizmi” fənninin tədris edildiyi qabaqcıl təhsil müəssisələrindən biri də məhz İtaliyanın “La Sapienza” Universitetidir ki, Aİİ bu tədris ocağı ilə qarşılıqlı əlaqələr qurmaqda maraqlıdır.

Din.az xəbər verir ki, Aİİ rəhbərliyinə səmimi təşəkkürlərini ifadə edən səfir Auqusto Massari yeni yaradılmış İlahiyyat İnstitutuna müvəffəqiyyətlər arzulayıb, belə bir İnstitutun yaradılmasını dünyada sülhün, təhlükəsizliyin bərqərar olmasına böyük töhfə adlandırıb. Səslənən təklifləri müsbət qarşıladığını söyləyən səfir, əlaqələrin qurulması üçün mühüm addımlar atılmasının vacibliyini, qarşılıqlı münasibətlərin daha yüksək səviyyədə inkişaf etməsinə səy göstərməyə hazır olduğunu bildirib.

Daha sonra səfir Auqusto Massari Aİİ-nin tələbələri ilə görüşüb. Aİİ rektoru görüş zamanı Azərbaycan–İtaliya ölkələri arasında siyasi, iqtisadi və mədəni əlaqələrdən, bu sahədə Ulu Öndər Heydər Əliyevin irsinin Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın uğurla davam etdirməsindən söz açıb. C.Məmmədov bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyada Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpa edilməsi, şübhəsiz, böyük hadisədir və tarix durduqca yaşayacayacaqdır.

İtaliyada təhsil imkanlarını tələbələrin diqqətinə çatdıran Aİİ rektoru bu ölkədə din sahəsində ixtisaslaşmış müxtəlif universitetlərin olduğunu qeyd edib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...