Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu eyni binada fəaliyyət göstərəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu ilə bağlı açıqlama.

“Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu gələcəkdə eyni binada fəaliyyət göstərəcək”.

Din.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, instituta ayrılan binada hazırda təmir işləri aparılır: “Həmin bina Bakı şəhəri Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşir. Bina 5 mərtəbədən ibarətdir. Binada təmir işləri yekunlaşdıqdan sonra tədris orada aparılacaq”.

M.Qurbanlı həmin binada həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondu da yerləşəcək: “Hazırda Fondun yerləşdiyi məkan kirayədir. Yeni bina istifadəyə veriləndən sonra hər ikisi eyni binada yerləşəcək. Amma onların girişi ayrı-ayrı yerlərdən olacaq”. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...