Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İlahiyyat İnstitutuna bina ayrılıb

“İnstitut üçün gələcəkdə şəhərdən kənarda yer ayrılacaq və kampus tikiləcək”.

“Azərbaycan İlahiyyat İnstitutuna 20 Yanvar metrosu yaxınlığında bina ayrılıb”.

Din.az Apa-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M. Qurbanlı deyib ki, institut üçün gələcəkdə şəhərdən kənarda yer ayrılacaq və kampus tikiləcək: “Bu il dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə İlahiyyat İnstitutuna qəbul elan edilib, 60 tələbə qəbul olunacaq. İlahiyyat İnstitutuna birləşdirilən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində hazırda oxuyan tələbələr də nəzərə alınsa, təxminən 100 tələbə olacaq. Bu tələbələr üçün isə hazırda ayrılan bina yetərlidir. Onu da deyim ki, gələcəkdə institutda xristianlıq, yəhudilik və digər dinlərlə bağlı da ixtisaslar yaradılacaq”.

Komitə sədri qeyd edib ki, İlahiyyat İnstitutuna yaxın vaxtlarda rektor təyin ediləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...