Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İlahiyyat İnstitutunda “Gözəl Quran oxuma” müsabiqəsi təşkil olunub

Quran qiraəti müsabiqədə Aİİ-nin İlahiyyat fakültəsinin tələbələri iştirak ediblər.

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığlı ilə “Gözəl Quran oxuma” müsabiqəsi keçirilib.

Din.az bildirir ki, Aİİ-dən verilən məlumata görə, müsabiqədə Aİİ-nin İlahiyyat fakültəsinin tələbələri iştirak ediblər. İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov, dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev və İnstitutun baş müəllimi Ənvər Mustafayev münsiflər heyətində təmsil olunublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Aİİ rektoru Ceyhun Məmmədov ali tədris müəssisəsinin istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılması istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Müsabiqənin əhəmiyyətini vurğulayan C.Məmmədov tələbələrin bilik səviyyələrini, bacarıq imkanlarını nümayiş etdirmələri baxımından, bu istiqamətdə təşkil olunan müsabiqə və bilik yarışlarının xüsusi rol oynadığını bildirib.

Sonra İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov gənclərə tövsiyələrini verib, həmçinin müsabiqənin şərtləri haqqında ətraflı bəhs edib. Bu müsabiqənin tələbələrə təcrübə qazanmaq imkanı verdiyini bildirib. Həmçinin, gənclərə gələcəkdə geniş auditoriya qarşısında çıxış etmək fürsəti yaratdığını vurğulayıb.

Tələbələr tərəfindən maraqla qarşılanan müsabiqədə qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyənləşib. Beləliklə, “Gözəl Quran oxuma” müsabiqəsində birinci yerə IV kurs tələbəsi Məmmədov Ruslan, ikinci yerə III kurs tələbəsi Ağamirzəzadə Mirzəli, üçüncü yerə isə IV kurs tələbəsi Rəcəbov Elvin layiq görülüblər.

Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb və iştirakçılara sertifikatlar təqdim edilib. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...