Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İlahiyyat İnstitutunda ilin yekunları ilə bağlı iclasda əməkdaşlara sertifikatlar təqdim olunub

“Savadlı, geniş dünya görüşünə malik gənclərin yetişdirilməsi hər bir ölkə üçün başlıca bir məsələdir”.

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) rəhbərliyin, müəllim və tələbə heyətinin iştirakı ilə ilin yekunlarına həsr olunmuş iclas keçirilib.

Din.az bildirir ki, Aİİ-dən Trend-ə verilən məlumata görə, rektor Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə təbrik edib. O bildirib ki, ölkəmizdə elm və təhsilinin inkişafı, peşəkar kadrların hazırlanması və potensialının gücləndirilməsi vacib məsələlərdəndir. Dahi rəhbərimiz, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin elm və təhsilimizin, mədəniyyətimizin inkişafındakı misilsiz tarixi xidmətlərindən danışan rektor, ulu öndərimizin siyasi xəttinin Prezident İlham Əliyev və Birinci vitse-prezident tərəfindən əzmlə davam etdirildiyini bildirib.

C.Məmmədov 2018-2019-cu tədris ilinin birinci yarımilinin yekunlarından danışarkən qeyd edib: “Beynəlxalq standartlara uyğun və dövlətin perspektiv tələbləri əsasında təhsilin səviyyəsini təmin etməyə çalışırıq və düşünürəm ki, biz buna qismən də olsa, nail olmuşuq”.

Rektor gənclərə üzünü tutaraq deyib: “Savadlı, geniş dünya görüşünə malik gənclərin yetişdirilməsi hər bir ölkə üçün başlıca bir məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılı olacaq. Hər bir gəncin qarşısında ölkənin hərtərəfli uğurlu inkişafına öz töhfəsini vermək kimi müqəddəs vəzifə vardır. Gənc nəslin vətənpərvərlik, Vətənə sevgi ruhunda tərbiyə olunması xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir”. O bildirib ki, qarşımızda duran başlıca vəzifə dövlətçiliyimizin möhkəmləndirilməsində məqsəd və amalı sarsılmaz olan gənc nəslin formalaşdırılmasına töhfələr verməkdir.

İclasın sonunda iş fəaliyyətində fərqlənən institut əməkdaşlarına və tələbələrinə təşəkkürnamələr təqdim olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...