Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İlahiyyat İnstitutunda millət vəkili ilə görüş keçirilib

“Ölkəmizdə dövlət-din siyasəti hazırda uğurla davam etdirilir”.

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) millət vəkili Fazil Mustafa ilə görüş təşkil olunub.

Din.az bildirir ki, İnstitutdan Trend-ə verilən məlumata görə, Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin hazırda uğurla davam etdirildiyini vurğulayıb.

Rektor daha sonra bildirib ki, İnstitut tədrisin yüksək səviyyədə təşkili ilə yanaşı, müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi mməqsədi ilə davamlı tədbirlər və görüşlər təşkil edir.

C.Məmmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, elmi və mədəni inkişafı istiqamətində təşkil olunan konfrans, seminar, layihə və proqramlar barədə məlumat verib. O, gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə olunması üçün elm və təhsil əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

İnstitutun müəllim və tələbə heyətinin iştirak etdiyi görüşdə millət vəkili F.Mustafa yetişməkdə olan gənc nəslin qarşısında duran prioritet məsələlərdən bəhs edib. Gələcəkdə uğur qazanmağın yollarını keçmişdə baş vermiş hadisələrin düzgün qiymətləndirilməsində və doğru təhlilində gördüyünü bildirən F.Mustafa gənclərə tariximizlə yanaşı, dinimizi də dərindən öyrənməyin vacibliyini tövsiyə edib.

Millət vəkili görüş əsnasında tələbələrin intellektual səviyyəsinin yüksəlməsi üçün müxtəlif dillərdə mütaliənin əhəmiyyətini nəzərə çatdırıb. İnsanın şəxsiyyət kimi formalaşmasında təhsilin əhəmiyyətini vurğulayan F.Mustafa həm fərd, həm də dövlət kimi güclü olmanın tək yolunun keyfiyyətli təhsillə mümkün olduğunu bildirib.

Daha sonra F.Mustafa tələbələrin çoxsaylı suallarını cavablandırıb, görüş iştirakçıları ilə fikir mübadiləsi aparıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...