Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İlahiyyat İnstitutunda yalnız dini dərslər keçirilir? – AÇIQLAMA

Aİİ: “İnstitut haqqında sosial şəbəkələrdə yayılan informasiyaların əsası yoxdur”.

Azərbaycan İlahiyyat İnstitutunda yalnız dini dərslərin tədris olunması barədə yayılan xəbərlər yanlışdır.

Din.az bildirir ki, bu barədə Oxu.Az-a institutun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə yayılan informasiyaların əsası yoxdur:

“2018-ci ilin iyun ayından etibarən, institutda təhsil standartlarının müəyyənləşdirilməsi, strukturun təşkili, tələbə qəbulu, ilk tədris ilinə hazırlıq, habelə maarifləndirmə istiqamətində ardıcıl və məqsədyönlü işlər görülüb. İnstitutun müəllim və işçi heyəti, habelə strukturunun təşkili üçün prioritetlər müəyyənləşdirilərək, ictimaiyyətə elan olunub və şəffaf şəkildə həyata keçirilib.

Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə təhsil standartları hazırlanaraq, Təhsil Nazirliyinə təqdim edilib və müsbət rəy alınıb”.

“Ali təhsil müəssisəsində dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları tədris olunmaqla yanaşı, müqayisəli dinlər tarixi, Din psixologiyası, Müqəddəs mətnlərin hermenevtikası, Elm və din, Müqayisəli teologiya, Mistisizm, Din fəlsəfəsi, Din sosiologiyası, Din psixologiyası, Müqəddəs kitabların müqayisəsi, Yeni dini hərəkatlar, Qərbdə İslam tədqiqatları, Sosial elmlərin metodologiyası, Yəhudilik və xristianlıq, Hind-Çin dinləri öyrədilir. İnstitutdan Azərbaycan tarixi, Azərbaycan dili və nitq mədəniyyəti, İnformatika və kompüter texnologiyası, Mülki müdafiə, Multikulturalizmə giriş, İslam ölkələri tarixi və coğrafiyası kimi fənlər geniş tədris olunur”, – deyə institutdan qeyd edilib.

Məlumatda vurğulanıb ki, institutda müxtəlif dil öyrədilir:

“Tələbələr ingilis, ərəb, klassik ibrani və fars dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdirlər”.

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycan İlahiyyat İnstitutunda dünyəvi deyil, yalnız dini dərslərin tədris olunduğuna dair iddialar yazılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...