Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalı çapdan çıxıb

“Din araşdırmaları jurnalı”nın məqsədi din sahəsində olan məqalələri ictimaiyyətə təqdim etməkdir.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan “Din araşdırmaları” jurnalı nəşr edilib.

Din.az bildirir ki, Aİİ-dən Trend-ə verilən məlumata görə, baş redaktoru İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov olan “Din araşdırmaları jurnalı”nın məqsədi ölkəmizdə və dünyada din araşdırmaları sahəsində fəaliyyət göstərən alim və tədqiqatçıların məqalələrini elmi ictimaiyyətə təqdim etməkdən ibarətdir. İldə iki dəfə dərc olunacaq jurnalın ilk sayında 21 məqalə nəşr edilib. Din sosiologiyası, din psixologiyası, islam hüququ, təfsir, hədis, fəlsəfə, tarix və dilşünaslığa dair qələmə alınmış elmi məqalələr öz sahəsinin peşəkar və nüfuzlu tədqiqatçıları tərəfindən təqdim edilmişdir. Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrənin təhsil müəssisələrində çalışan tanınmış alimlərdir.

Jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə, həmçinin bu sahədəki beynəlxalq standartlara uyğun olaraq hazırlanıb.

Azərbaycan İlahiyyat İnstitutu ali dini təhsil üzrə ixtisaslaşmış təhsil müəssisəsidir. İnstitut din sahəsi də daxil olmaqla, ictimai elmlərin müxtəlif istiqamətlərində monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və məqalələrin nəşrinə xüsusi əhəmiyyət verir. Qeyd edək ki, akademik nəşrlər hər bir ali təhsil müəssisəsinin elmi fəaliyyətinin əsas göstəricilərindəndir. Gələcəkdə “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur.

Ümid edirik ki, Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalı elmi ictimaiyyətin marağını cəlb edəcək və öz sahəsində elmi təfəkkürün formalaşmasına mühüm töhfələr verəcəkdir.

Məlumat üçün bildiririk ki, İnstitutun “Əsasnamələr, qaydalar, təlimatlar və məlumatlar toplusu” kitabı çapdan çıxıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...