Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İlahiyyat institutunun rektoru tələbələrə yeni tövsiyələr verdi

“Yaxşı dost sizə yaxşı əməlləri, pis dost pis əməlləri öyrədəcək”.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov tələbələrə daha 5 tövsiyə verib.

Din.az Modern.az-a istinadən bildirir ki, rektor aşağıdakı tövsiyələrini bölüşüb:

1. Üzərinizdə əməyi olan insanlara təşəkkür edin. Bu bir fəzilətdir.

2. Sözün ən doğrusuna qulaq asın. Sizə çox söz deyən və məsləhət verən olacaq. Çalışın aldanmayın.

3. Dostlarınızı seçərkən diqqətli olun. Yaxşı dost sizə yaxşı əməlləri, pis dost pis əməlləri öyrədəcək.

4. Dürüst və səmimi olun. Həyatda uğurun başlıca şərtlərindən biri dürüstlük və səmimilikdir.

5. Hissə qapılaraq qərar qəbul etməyin. Sonrakı peşmançılıq fayda verməyəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...