Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İlahiyyat İnstitutunun rektorundan maraqlı fikirlər: “Mütləq “adamın” olması vacib deyil”

Rektordan iş axtaran gənclərə məsləhət…

Azərvaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov tələbə və gənclərə müraciət edib. Modern.az -ın məlumatına görə, rektor iş axtaran gəclərə aşağıdakı məsləhəti verib:

“Əziz tələbələr və gənclər!
Bu gün gənclərin bir qismi arasında ən çox yayılan fikirlərdən biri də iş tapmaq üçün mütləq “adamın” olması düşüncəsidir. Bu gün Azərbaycandakı müəssisələrin bir çoxu bacarıqlı və bilikli işçi axtarır. Hər bir müəssisə rəhbərinin savadlı və bilikli işçiyə ehtiyacı var. Sadəcə ixtisası və sahəni düzgün seçmək, dil biliklərini, peşə qabiliyyətini artırmaq, üzərində ciddi işləmək və çətinliklərə dözmək lazımdır. Uğura gedən yolda zamanın və səbrin rolu böyükdür”. / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...