Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İlahiyyatçı 3 cümlə ilə Hacı Surxaya cavab verdi

Gözlərini insanların ciblərindəkilərə dikənlərə…

“Dini peşə halına gətirib dindən dolanan insanlara nə cavab verim?”

“Din.az” “a24.az”a istinadən bildirir ki, bu sözləri ilahiyyatçı Elşad Miri İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədlinin onun haqqında səsləndirdiyi fikirlərə qarşılıq olaraq deyib. Qısa şəkildə Hacı Surxay Məmmədliyə cavab verən Elşad Miri bunları söyləyib:

“Dini peşə halına gətirib dindən dolanan insanlara nə cavab verim? Gözlərini insanların ciblərindəkilərə dikənlərə nə deyim? Dirilər üçün olan Quranı ölülər üçün və ölü kitabı kimi satanlara nə söyləyim?”

Xatırladaq ki, Elşad Miri “modern.az”a açıqlamasında “3-4 nəfərin birləşib qoyun alması və kəsməsi doğru deyil. Bir neçə nəfərin birləşərək qurban kəsməsi böyük baş heyvanlar üçün nəzərdə tutulub. Bu da inəkdən başlayaraq camış, dəvə və s. ola bilər. Orada da 7 nəfərə qədər şəxs birləşib qurban kəsə bilər. Yəni, say 4 də ola bilər, 6 da 7 də. Amma kiçik baş heyvanlar üçün belə məsələ yoxdu” demişdi.

Daha sonra “modern.az”a müsahibə verən Hacı Surxay isə təəssüflə qeyd edib ki, bəzi dırnaqarası ilahiyyatçı donunu geyinənlər, dövlətə və milli mənəvi dəyərlərə düşmən olan ünsürlər bayram ərəfəsində İslam şəriətinə zidd olaraq öz vətənlərində bir neçə nəfərin birləşib bir qurban kəsmələrinə qarşı çıxırlar, qondarma, əsassız, məntiqə uyğun olmayan fikirləri ilə fikir ayrılığı toxumu səpirlər.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...