Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İlahiyyatçı dövlət çevrilişinə cəhdin idarəedicisi olub

Dövlət çevrilişinin bütün idarəsi ilahiyyatçının əlində olub…

Dövlətə çevrilişə cəhdi Sakarya Universitetində müəllim olan Adil Öksüzün Akıncı Hava Qüvvələrində ən başdakı ad olaraq idarə etdiyi ortaya çıxıb.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, səhəri gün baza yaxınlığında qaçarkən tutulan, ancaq tərəfdarları olan hakimlər tərəfindən sərbəst buraxılan Öksüzün Hava Qüvvələrində deyil, Türk Silahlı Qüvvələrində imam olduğu müəyyən olunub.

Türk siyasi tarixinə qara bir ləkə olaraq keçən 15 iyul dövlət çevrilişinə cəhdi Fəthullahçı Terror Təşkilatı (FETÖ) adından TSK imamı olan bir dossent idarə edib. Çevrilişə cəhdin mərkəzi olan Akıncılarda tutulan, lakin Sincan Qərb Ədliyyəsinin hakimi Köksal Çelik tərəfindən sərbəst buraxılan Sakarya Universiteti İlahiyyat Fakultəsi Təfsir elmi üzrə Təməl İslam Elmləri Bölümünün müəllimi Dos.Dr. Adil Öksüzün terror təşkilatının Türk Silahlı Qüvvələri imamı olduğu və Fəthullah Gülən adına çevrilişi idarə etdiyi ortaya çıxıb. Öksüzün 15 iyul gecəsi Akıncı Hava Üssüsündə olduğunu, orada xidmətdə olan, lakin çevrilişdə iştirak etməyən bir leytenant təsdiq edib.

10833f4566b942e08fc1fd0db329b87bdbe2dcf685fc43579b6a6fbc926244b1

Mustafa Özcanın yetişdirməsi…

Öksüzün, Fəthullah Gülənin hərbi fəaliyyətlərində ən çox güvəndiyi şəxs olduğu, son zamanlar onu bütün TSK-nın imamı etdiyi müəyyən olunub. Terror təşkilatı daxilində hərbi məktəblərlə bağlı vəzifələrinə, o vaxtlar Hava Qüvvələrinin imamı olan Mustafa Özcanın yanında başlayan Öksüz, daha sonra onun köməkçisinə qədər yüksəlib. Özcanın Gülənin belə çəkindiyi bir gecə sahibləndiyi Türkiyə imamı olmasından sonra, Öksüz Hava Qüvvələrinin imamı mövqeyinə yüksəlib. 17-25 dekabrda Bürokratik çevrilişə cəhd zamanı hava imamı olan Öksüz, bu müddət ərzində Özcan və gülənə sədaqətini isbatlayınca 2015-ci ilin əvvəllərində bütün TSK-nın FETO imamı edilib. Öksüzün son aylarda xaricə və Ankara daxilində tez-tez səyahət etdiyi aşkarlanıb. Bu səfərlərində onun dövlətə çevrilişlə bağlı toplantılar keçirtdiyi təxmin edilir.

Özlərini təslim edib imamı qurtardılar…

Öksüz, 16 iyulda dövlətə çevriliş cəhdinin əməliyyat mərkəzi Akıncı hava Üssündə yaxalanıb, 20 iyulda Sincan Qərb Ədliyyəsində Hakim qarşısına çıxaırlmışdı. Burada Hakim Köksal Şahin və Hakim Çetin Spnmez, bütün kariyeralarını məhv etmək, hətta həbsə girmək bahasına da olsa TSK imamı Adil Öksüzü sərbəst buraxıblar. Öksüz, dövlətə çevriliş cəhdi uğursuz olunca, çevrilişin digər iradəçisi Hava qüvvələrinin komandiri Akın Öztürklə birlikdə qaçaraq yaxınlıqda yerləşən tarlalara girmiş, orda jandarma tərəfindən yaxalanmışdı.

Dövlətə çevriliş zamanı Akıncı Üssüdə tapılan zaman yeganə sivil vətəndaş olub. Üstəlik məhkəmədə, “Əmim bu ölgədəki ərazilərin gələcəkdə çox dəyərlənəcəyini söylədi, mən də 14 iyul axçamı Sakaryadan Ankaraya gəldim, tarla üçün baxarkən məni tutdular” kimi gülünc bir ifadə verməsinə baxmayaraq, Sülh Cəza Hakimi Köksal Şahin tərəfindən sərbəst buraxılıb. Prokurorun verilən bu qərara etdiyi etiraz isə digər bir hakim, Çetin Sönmez tərəfindən rədd edilib.

“Burada bir çox müəllim var, hər şeyi idarə edir…”

Dövlətə çevrilişinə cəhd edilən gecə Akıncı Hava Üssündə xidmətdə olan, lakin çevrilişdə iştirak etməyən normal heyətdən olan bir leytenantın danışdıqları, Öksüzün həmin gecə başda olduğunu və bütün idarəni əlində tutduğunu bildirib. Baş leytenant, daha əvvəl komandirliyini etdiyi bir zabitə zəng edərək, “Burada bir kpməkçi dossent var, ilahiyyatçıdır. Hər şeyin başında o var, bütün əməliyyatı o idarə edir” ifadələrini işlədib.

Təşkilatın TSK imamının çevrilişə cəhddən 2 gün əvvəl Türkiyəyə gəldiyi də təsbit edilib. Öksüzün universitetdəki masasındakı kilidi açan polsilər burada FETO-nun kapitanı Fəthullah Gülənin “Qəlbin Zümrüd Təpələri” adlı kitabını da tapıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...