Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İlahiyyatçı Elşad Miri: “Bunu sadəcə İslam dini ilə birləşdirib pul qazanırlar…”

“Bunlar İslama aidiyyatı olmayan adət-ənənələrdir”.

Bölgələrimizdə keçirilən yas mərasimlərində artıq yeddi mərasimləri yığışdırılır. Yəni dünyasını dəyişmiş adamın yası üç mərasimində yekunlaşacaq. Qırx mərasiminə qədər isə cümə axşamları keçiriləcək. Səbəb isə insanlarda yeddi gün yas mərasimini keçirmək üçün maddi imkanın olmaması əsas gətirilir. Amma yas mərasimlərində iştirak edən mollalar buna qarşı çıxır. İddia edirlər ki, belə olan halda bir müddət sonra dini mərasimlərimiz unudulacaq və insanlar yeddi günlük yas mərasimlərində dinlədikləri dini söhbətlərdən uzaq düşəcəklər. Ümumiyyətlə dində yeddi gün yas mərasiminin keçirilməsi nəzərdə tutulubmu?

Din.az bildirir ki, tanınmış ilahiyyatçı Elşad Miri Moderator.az-a açıqlamasında yeddi günlük yas mərasimlərinin yalnız pul qazanmağa hesablandığını bildirib:

“Bunlar İslama aidiyyatı olmayan adət-ənənələrdir. Heç bir gün və mərasim anlayışı yoxdur. Bu adət-ənənələr sonradan yaradılıb və dinə heç bir aidiyyatı yoxdur. Bunu sadəcə İslam dini ilə birləşdirib pul qazanırlar”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...