Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İLAHİYYATÇI ELŞAD MİRİ  –  “Evdə it saxlamaq günah deyil” 

Elşad Miri: “İslamda it saxlamağa qarşı hər hansı qadağa yoxdur”.

Dünyada əksər insanlar heyvanları sevir və evlərində müxtəlif ev heyvanları, hətta bəzi vəhşi heyvanları belə saxlayırlar. Ancaq müsəlmanlar arasında bununla bağlı ziddiyyətli fikirlər mövcuddur.

Din.az Milli.Az-a istinadən bildirir ki, teoloq Elşad Mirinin dediyinə görə, bu məsələ ilə bağlı uydurma rəvayətlər var: “Rəvayətlərdə bildirirlər ki, qara itlər və şeytan öldürülməlidir. Amma konkret olaraq Qurani-Kərimdə belə bir hökm yoxdur. Sadəcə tibbi yönümdən baxanda, bu cür yanaşmaq olar ki, it olan ev sakinlərində bəzi xəstəliklər ola bilər. Məsələn, qadınlarda toksoplazma virusu aşkarlana bilər. Amma burada günah olan heç nə yoxdur”.

“Allahın yaratdığını bu cür təqdim etmək, haram olduğunu demək doğru deyil. Belə bir qadağa yoxdur, bunlar sonradan düşünülmüş məsələlərdir”, – deyə teoloq bildirir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...