Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İlahiyyatçı Elşad Miri: “İslamda cinçıxarma deyilən bir şey yoxdur”

Elşad Miri: “Cinçıxarmanı biznes halına gətirib insanlardan istifadə edirlər”

İlahiyyatçı Elşad Miri deyir ki, belə bir şeylərin nə Quranla, nə də peyğəmbərin yaşantısı ilə əlaqəsi yoxdur.

“Bəziləri cinçıxarmanı biznes halına gətirib insanlardan istifadə edirlər”.

Din.az bildirir ki, bunu Sputnik Azərbaycan-a cinçıxarma haqqında danışarkən ilahiyyatçı Elşad Miri deyib.

İlahiyyatçı bildirib ki, hələ ötən əsrdə yaşamış klassiklərimizin mübarizə apardığı cəhalət bu gün də öz aktuallığını qoruyur: “Mövhumat bugün də davam edir. Qurani Kərimdə cinçıxarma deyilən bir şey yoxdur. Belə şeylərin nə Quranla, nə də peyğəmbərin yaşantısı ilə əlaqəsi yoxdur. Bu gün hansısa şizofreniyanı ayə, dua oxumaqla müalicə etməyə çalışırlar. Quran isə insanı xəstə təxəyyülərdən arındırması ilə şəfadır”.

Qeyd edək ki, bir neçə gün öncə Şabran rayonunda 6 nəfər bir şəxsi “cin çıxarmaq” üçün döyərək öldürüb.

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...