Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İlahiyyatçı Elşad Miri müzakirəyə qoşuldu: Quranda belə bir şey yoxdur

Elşad Miri: “Hətta peyğəmbər dövründə də bu cür hallara icazə verilməyib”.

Qurani-Kərimdə özünü döyərək, vuraraq ağlamağa icazə yoxdur. Ümumiyyətlə, Quranda bu barədə heç bir məlumat və ya tövsiyyə qeyd olunmayıb.

Din.az bildirir ki, bu sözləri Kult.az-a ilahiyyatçı Elşad Miri sosial şəbəkələrdə şiələrin əzadarlığını, ağlamasını əks etdirən və müzakirələrə səbəb olan video ilə bağlı danışarkən deyib.

E.Miri bildirib ki, hətta peyğəmbər dövründə də bu cür hallara icazə verilməyib:

“Peyğəmbərin oğlu vəfat etdiyi vaxt adi şəkildə ağladığı zaman səhabələri “sən də ağlayırsan?” soruşurlar. O cavab verir ki, bu insanın daxilindən gələn ağlamadır. Deyir: “Mən sizə, sadəcə, özünüzü vurmağı, döyməyi, parçalamağı qadağan etmişəm”.

Qurani-Kərimdə mövcud olan ayələrdən birində buyrulub ki, özünüzü təhlükəyə atmayın, əzab verməyin”.

E.Miri bildirib ki, mərsiyə anlayışının özü də islamda olmayan, sonradan uydurulmuş məsələlərdir:

“Məsələn, bu gün kiminsə yasında oturub ağlamaq, mərsiyə demək doğru deyil. Araşdırın, görək peyğəmbər özü belə şeylər edibmi? Təəssüf ki, bunlar sonradan uydurulub və bu gün din adı altında insanlara təbliğ olunur”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılmış şiələrin əzadarlığını, ağlamasını əks etdirən videonu millət vəkili Fazil Mustafa tənqid etdikdən sonra ilahiyyatçı Rəsul Mirhəşimli deputatın tənqidlərini yersiz hesab edərək, etirazını bildirmişdi.

Bu, ilhaiyyatçı ilə deputat arasında mübahisəyə səbəb olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...