Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İlahiyyatçı Elşad Miri: Peyğəmbərimizin bu ayda toy edib-etməməsi araşdırılmalıdır

“Hər bir ay eynidir. Onları yaradan Allahdır”.

Bu gündən Azərbaycanda Hicri təqvimi ilə Məhərrəm ayı başlayıb.

Bəs, Məhərrəm ayında nə qadağandır? Bu ayda nə etmək olar?

Din.az xəbər verir ki, Oxu.az məsələ barədə ilahiyyatçı Elşad Mirinin fikirlərini öyrənib.

Tanınmış ilahiyyatçının sözlərinə görə, İslamda müqəddəs ay deyilən bir anlayış yoxdur:

“Hər bir ay eynidir. Onları yaradan Allahdır. Məhərrəmlikdə bəzi bölgələrdə toy edirlər, bəzilərində isə yox. Hər bir adamın fikrinə hörmətlə yanaşmaq lazımdır. Bəzən belə fikir bildirilir ki, bu ayda toy edənlər guya tez boşanır, övladı olmur, yaxud da uşaqlarında problem yaranır. Bu, absurdur.

Bu gün xristian Məhərrəm ayında toy edirsə, onlar boşanırmı, uşaqları şikəstmi doğulur? Yaxud Azərbaycanın özündə həmin vaxt toy etməyənlər ömür boyu bir yastığamı baş qoyurlar? Belə bir anlayış nisbidir.

Məsələyə heç bir adiyyəti yoxdur. Peyğəmbərimizin bu ayda toy edib-etməməsini araşdırmaq lazımdır. Görək, bu ayda, ya da Səfər ayında toy edib, yoxsa yox. Yaxud öz qızlarını hansı ayda nişanlayıb. Bunlar araşdırsaq, görəcəyik ki, toy məsələsinin İslama heç bir şəkildə aidiyyəti yoxdur”.

Elşad Miri bildirib ki, içki içmək məsələsi İslamla əlaqəli bir məsələ deyil:

“Bu, insanların özlərinin məsələyə yanaşması ilə bağlıdır. İçki qadağan olan məsələdir. “Məhərrəmlikdə, Ramazanda içki içmək olmaz, başqa vaxtlarda olar” anlayışı ola bilməz”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...