Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İlahiyyatçı Elşad Miri prezidentə müraciət etdi

Elşad: Miri: “Kitabımda 7 mövzu əks olunub, bunların hər biri insanları mövhumatdan, xurafatdan aydınlığa dəvət edir”.

İlahiyyatçı Elşad Miri “İslamda yoxdur…” adlı kitabının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qadağan edilməsi ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

Din.az “Yeni Sabah”a istinadən xəbər verir ki, o öz müraciətində kitabının əsassız olaraq qadağan edilməsindən, məzhəbpərəst ekspertin verdiyi qərəzli rəyindən bəhs edib. E. Miri kitabında 7 mövzunun əks olunduğunu bunların hər birinin insanları mövhumatdan, xurafatdan aydınlığa dəvət etdiyini vurğulayıb.

E. Miri kitabında İslamda ölüyə Quran oxumağın, azyaşlı qızların ərə verilməsinin, müvəqqəti nikah kimi təqdim olunan siğənin, sehrin, cadunun, kişilərə veriləcəyi iddia edilən huri anlayışının, seyyidlərin və peyğəmbərlərin günahsızlığının olmadığını Qurana əsaslanaraq yazdığını bildirdiyi kitabının yasaqlanmasına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Aygün Abdullayevanın haqq qazandırdığını və Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin həmin ədalətsizliyi qüvvədə saxladıqlarını bildirib.

O, prezidentdən problemin həlli üçün komitəyə tapşırıq verməsini xahiş edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...