Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İlahiyyatçı Elşad Miri Qurban bayramının önəmindən danışır

Elşad Miri: “İnsanlarımız qurbanın nə demək olduğunu anlamalıdırlar”.

İlahiyyatçı Elşad Miri deyir ki, Qurban və Ramazan bayramları sosial yardımlaşmanı əsas götürür.

Qurban bayramı İslamın Ramazan bayramı ilə bərabər iki ən böyük bayramından biridir.

Din.az bildirir ki, ilahiyyatçı Elşad Miri Sputnik Azərbaycan-a deyir ki, insanlarımız qurbanın nə demək olduğunu anlamalıdırlar: “Qurani-Kərimdə “qurban” sözü bizim bildiyimiz kimi heyvan kəsmək mənasında işlədilmir. Ərəb dilində qurban yaxınlaşmaq deməkdir. Ona görə də bu bayramın mahiyyətini dərk etməliyik. Digər tərəfdən, bu ibadətin düzgün şəkildə yerinə yetirilməsi üçün qurbanlar xüsusi yerlərdə kəsilməlidir. İslamın iki əsas bayramı – Qurban və Ramazan bayramları sosial yardımlaşmanı əsas götürür”.

“Yaradılış iyerarxiyasını qorumalıyıq. İbadətin pozulmamağı üçün qurbanlıq heyvanlar xüsusi yerlərdə kəsilməli, təmizlik olmalıdır. İslam dininin iki əsas bayramı da sosial yardımlaşmanı təbliğ edir”, – deyə o bildirib.

Qeyd edək ki, bu il Qurban bayramı avqust ayının 12-si və 13-nə təsadüf edir.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...